Bank Of Baku

"Azəriqaz" üç ayda 60-a yaxın yaşayış məntəqəsini qazlaşdırıb

"Azəriqaz" üç ayda 60-a yaxın yaşayış məntəqəsini qazlaşdırıb
# 08 aprel 2016 10:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 58 yaşayış məntəqəsinə təbii qaz verilib.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin yanvar-mart ayları ərzində 2 090 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 125 kilometr qaz kəməri əsaslı təmir olunub.

 

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-mart aylarında 58 yaşayış məntəqəsi qazlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR