Bank Of Baku

"Azərişığ"ın keçirdiyi tenderdə rəqabət olmadığı üçün prosedurun müddəti uzadılıb

"Azərişığ"ın keçirdiyi tenderdə rəqabət olmadığı üçün prosedurun müddəti uzadılıb
# 17 fevral 2017 06:24 (UTC +04:00)

"Azərişıq" ASC tərəfindən 28.12.2016-cı il tarixində elan edilmiş Bakı və regionlarda 35 kV-luq yarımstansiyanın tikinti və yenidən qurulması üzrə işlərin satın alınması məqsədilə keçiriləcək açıq tender üzrə müraciət etmiş şirkətlərin sayı üçdən az olduğu üçün tenderin zərflərinin açılış vaxtı 20.02.2017-ci il saat 15:00 tarixindən 07.04.2017-ci il saat 15:00 tarixinə keçirilir.

 

"APA-Economics" xəbər verir ki, bununla əlaqədar olaraq, iddiaçılar tenderdə iştirak etmək üçün hüquqi sənədlərini (tender təklifi və bank təminatı istisna olmaqla) 29.03.2017-ci il saat 12:00-a qədər, ixtisas uyğunluğu keçmiş iddiaçılar tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 06.04.2017-ci il saat 12:00-a qədər Bakı şəhəri, Bakıxanov küçəsi 13 ünvanına Ümumi İşlər İdarəsinə təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR