Bakı - APA-Economics. "Azərişıq" ASC 2015-ci ildə istehlakçılara 756,784 mln. manat məbləğində elektrik enerjisi satıb ki, bu da 2014-cü illə müqayisədə 77,1% çoxdur.
"APA-Economics" xəbər verir ki, satılan elektrik enerjisinin maya dəyəri 679,953 mln. manat təşkil edir. Bu göstərici 2014-cü illə müqayisədə 80% artıb.
Ötən il ASC 31 mln. 286,554 min manat məbləğində xalis mənfəət əldə edib. Halbuki, 1 il öncə bu rəqəm 5 mln. 189,712 min manat olub.
Hesabat dövründə "Azərişıq" aktivlərini 53,3% artıraraq 2,028 mlrd. manata çatdırıb. Burada uzunmüddətli aktivlərin payı 1,409 mlrd. manat, qısamüddətli aktivlərin payı isə 618,616 mln. manat təşkil edir.
2016-cı ilin yanvarın 1-ə dövlət şirkətinin öhdəlikləri 658,578 mln. manatdır.
ASC-nin kapitalı 1 mlrd. 369 mln. 344,704 min manat təşkil edir ki, bu da 2014-cü illə müqayisədə 82,6% çoxdur. Bölüşdürülməmiş mənfəətin kapitalda payı 50 mln. 136,877 min manatdır. Şirkətin nizamnamə kapitalı isə 1 mlrd. 319 mln. 207,827 min manat təşkil edir.