Bank Of Baku

"Azərişıq" Bakı bərk məişət tullantılarının yandırılması zavoduna 5,4 mln. manat ödəyib

"Azərişıq" Bakı bərk məişət tullantılarının yandırılması zavoduna 5,4 mln. manat ödəyib
# 10 fevral 2017 07:15 (UTC +04:00)

2016-cı il ərzində Bakı bərk məişət tullantılarının yandırılması zavodu tələb olunan parametrlər çərçivəsində fəaliyyət göstərib və məişət tullantıları fasiləsiz olaraq, normal qaydada emal olunub.

 

"APA-Economics" xəbər verir ki, ötən il ərzində Bakı şəhər İcra Hakimiyyəti və digər təşkilatlar tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq zavodun istehsal gücü aşağıdakı kimi olub:

 

- tədarük olunmuş tullantıların həcmi - 462 208,58 ton;

- yandırılmış tullantıların həcmi - 467 139,00 ton;

- istehsal olunmuş elektrik enerjisinin həcmi - 174,490 min kVt/saat;

- Dövlət Enerji Şəbəkəsinə ötürülmüş enerjinin həcmi - 145,708 min kVt/saat;

- daxili ehtiyaclar üçün sərf olunan enerjinin həcmi - 28,833 min kVt/saat;

- satılmış elektrik enerjisinə görə "Azərişıq" ASC tərəfindən ödənilmiş məbləğ (ƏDV-siz) - 5 mln. 384 min 76,29 manat;

- 110 kV-lıq xətlər vasitəsi ilə elektrik enerjisinin ötürülməsi üçün "Azərenerji" ASC-yə ödənilmiş tranzit haqqı (ƏDV-siz) - 246 min 962,67 manat;

- 2016-cı ildə zavodda əməliyyat xidmətlərinə görə operatora ödənilmiş xidmət haqqı (ƏDV daxil) - 63 min 556,06 min manat.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR