Bank Of Baku

"Azərkosmos" proqram təminatı təchizatı yerinə yetirib

"Azərkosmos" proqram təminatı təchizatı yerinə yetirib
# 09 oktyabr 2015 09:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Qafqazın ilk peyk operatoru “Azərcosmos” ASC Fransanın “Airbus Defence and Space” şirkəti arasında strateji əməkdaşlıq sazişi əsasında “Azersky” peyk təsvirlərinin emalı məqsədi ilə “PixelFactory” proqram təminatının təchizatı yerinə yetirilib.

 

Bu barədə “APA-Economics”ə “Azərcosmos” ASC-dən məlumat verilib.

 

Qeyd edək ki, təsvirlərin fotoqrammetrik emalı üçün nəzərdə tutulmuş bu proqram təminatı dünyada bir sıra aparıcı şirkətlər tərəfindən istifadə olunur. “PixelFactory” proqram təminatı vasitəsilə sifarişçinin tələbləri əsasında peyk təsvirlərinin bütün fotoqrammetrik emal proseslərini yüksək dəqiqliklə yerinə yetirmək mümkündür.

Artıq proqram təminatının “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin xüsusi server sistemində quraşdırılması və sınaq testlərinın keçirilməsi prosesi başa çatıb.

 

Hazırda “Airbus” şirkətinin əməkdaşları tərəfindən "Azərkosmos"un mütəxəssisləri üçün təlim proqramı həyata keçirilir. Təlim proqramı sona yetdikdən sonra istehsalat prosesini dəstəkləmək məqsədi ilə “Airbus” şirkətinin əməkdaşı bir il ərzində Bakıda olacaq.

 

Bu proqram təminatının istifadəsi “Azərkosmos”a təsvirlərin emal prosesinin dəqiqliyini yüksəltməklə yanaşı iri həcmli məlumatların emal prosesi vaxtını qısaltmağa imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR