Bank Of Baku

Bu gün Xətai rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

 Bu gün Xətai rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 21 dekabr 2016 06:11 (UTC +04:00)

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Xətai rayonu ərazisində yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar  dekabrın 21-də saat  09:00-dan 18:00-dək Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Xəzər rayonu Binə və Qala qəsəbələrinin bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR