Bank Of Baku

Bu ilin iyul ayında ARDNŞ 128 ton avtomobil benzini, 151 min tona yaxın dizel yanacağı ixrac edib

 Bu ilin iyul ayında ARDNŞ 128 ton avtomobil benzini, 151 min tona yaxın dizel yanacağı ixrac edib
# 02 avqust 2014 09:09 (UTC +04:00)
Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 128 ton avtomobil benzini, 150 min 593 ton dizel yanacağı, 24 min 190 ton təyyarə yanacağı və 105 min 794 ton vakuum qazoylu ixrac edib.

 

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-iyul ayları ərzində 686 ton avtomobil benzini, 528 min 229 ton dizel yanacağı, 99 min 782 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 215 min 429 ton vakuum qazoylu ixrac edilib.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1003,97 dollar, təyyarə yanacağının - 946,68 dollar, dizel yanacağının - 883,51 dollar, 1% kükürdlü mazutun qiyməti 604,72 dollar təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR