Bakı - APA-Economics. "Caspian European Club"da SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes-forum keçirilib.
"APA-Economics"in xəbərinə görə, tədbirdə neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, Klub 2002-ci ildə yaranıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir.
"Klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir. Hal-hazırda klub çərçivəsində bir sıra klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir", - deyə T. Əliyev vurğulayıb.
Daha sonra tədbirdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.