Bank Of Baku

"Cənub Qaz Dəhlizi" 2020-ci ilədək TAP-a 1,2 mlrd. dollar xərcləyəcək

"Cənub Qaz Dəhlizi" 2020-ci ilədək TAP-a 1,2 mlrd. dollar xərcləyəcək
# 29 iyun 2016 11:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Ardiatik qaz kəməri (TAP) layihəsinin inşasında "Cənub Qaz Dəhlizi" QSC-nin xərclərinin 2020-ci ilə qədər ümumilikdə 1,2 mlrd. dollar (1,8 mlrd. manatdan çox) olması gözlənilir.


"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, bu layihənin tikintisinə tələb olunan ümumi kapital xərcləri 6,3 mlrd. dollardır (9,7 mlrd. manat): "İlkin ötürmə gücü 10 milyard kubmetr olan boru kəmərinin sonradan 20 milyard kubmetrədək genişləndirilməsi imkanına malikdir".
 

V. Əliyev bildirib ki, bu ilin may ayının sonuna layihə üzrə iş həcminin 19,5%-i yerinə yetirilib. "Ümumilikdə 877 milyon avro (təxminən 1,5 mlrd. manat) həcmində sərmayə qoyulub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR