Bank Of Baku

"Cənub Qaz Dəhlizi" 524,5 mln. dollar cəlb edib

"Cənub Qaz Dəhlizi" 524,5 mln. dollar cəlb edib
# 22 dekabr 2017 13:04 (UTC +04:00)

Bu gün "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (AİB) zəmanəti ilə 524,5 mln. dolları məbləğində sindikatlaşdırılmış kreditin "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.


QSC-dən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev imzalayıb.

 

Xatırladaq ki, cari ilin may ayında AİB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 mln. dollar məbləğində birbaşa kredit ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR