Bank Of Baku

Energetika Nazirliyinin 2015-ci il üzrə iş planı təsdiqlənib

 Energetika Nazirliyinin 2015-ci il üzrə iş planı təsdiqlənib
# 25 dekabr 2014 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Energetika Nazirliyində kollegiya iclası keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, energetika naziri Natiq Əliyev kollegiyanın iclasını açıq elan edib və iclasın gündəliyində duran məsələlərə baxılmamışdan öncə Müstəqil Dövlətlər Birliyinin Elektroenergetika Şurasının 46-cı iclasının qərarı ilə MDB-yə üzv dövlətlərinin energetika sahəsində inteqrasiyanın inkişafında göstərdikləri xidmətlərə görə “MDB-nin əməkdar energetiki” adı almış Energetika Nazirliyinin əməkdaşlarına döş nişanı və şəhadətnamələri təqdim edib.

 

Kollegiyanın iclasında Energetika Nazirliyi Aparatının və o cümlədən Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti idarələrinin 2015-ci il üzrə iş planları təsdiqlənib. Nazirlik tərəfindən 2014-cü ildə görülmüş işlərin yekun nəticələrinin hazırlanması və hesabatın Nazirlər Kabinetinə təqdim edilməsinə dair qərar qəbul edilib.

 

Azərbaycanın 2015-ci il üzrə enerji balansının vaxtında hazırlanması müzakirə edilib və icrası üçün müvafiq göstərişlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR