Türkiyədə STAR neft emalı zavodunun tikintisinin ümumi dəyəri 5,7 mlrd. dollardan 6,3 mlrd. dollaradək yüksəlib.
"APA-Economics" xəbər verir ki, bu, beynəlxalq reytinq agentliyi "Fitch"in SOCAR-a verdiyi reytinqi ilə bağlı yaydığı məlumatda yer alıb.
Məlumatda qeyd olunub ki, 2014-cü ildə SOCAR Türkiyədə illik gücü 10 mln. ton olan zavodun dəyərini 5,7 mlrd. dollar məbləğində qiymətləndirib.
"Neft emalı zavodunun 2018-ci ildə istismara veriləcəyi, Türkiyə bazarını dizel və reaktiv yanacaqla təmin edəcəyi gözlənilir", - deyə məlumatda vurğulanıb.