“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasını Azərbaycan dövləti və SOCAR üçün müsbət qiymətlənidiririk".
"APA-Economics" xəbər verir ki, bu, beynəlxalq reytinq agentliyi "Fitch"in SOCAR-a verdiyi reytinqi ilə bağlı yaydığı məlumatda yer alıb. Məlumatda qeyd olunub ki, Azərbaycan hökuməti, SOCAR və beynəlxalq neft şirkətləri 2017-ci ilin sentyabr ayında Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı ilə bağlı Hasilatın Pay Bölgüsü sazişinin müddətini 2049-cu ilədək uzadıb.
"Azəri-Çıraq-Günəşli” Azərbaycanda əsas neft yataqlarından sayılır. 2016-cı ildə Azərbaycanda hasilatın 76%-i bu yataqların payına düşüb", - deyə məlumatda vurğulanıb.