Bu gün respublikamızın 44 şəhər və rayonlarında özünün 88 YDM-i ilə fəaliyyət göstərən “Azpetrol” şirkəti Azərbaycanda yanacağın pərakəndə və topdan satışı sahəsindəki liderliyini qoruyub saxlayır.
Müştərilərinə daim yüksək xidmət göstərməyə və onların məmnunluğunu qazanmağa çalışan Şirkət öz fəaliyyəti müddətində bir çox nailiyyətlər əldə edib. “Azpetrol” müştərilərinə qarşı göstərdiyi yüksək xidmətlərinə, müasir texnologiyanın imkanlarından istifadəyə, operativ idarəetmə sisteminin təşkilinə, beynəlxalq standartlara cavab verən müasir təchizat sisteminin qurulmasına görə bir çox Milli və Beynəlxalq mükafatlara layiq görülüb. Bu mükafatlar sırasında “Uğur“, “Biznes Prestij“, “İnternational Quality Summit”, “Caspian Energy İntegration Award”, “Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz“, “Caspian Business Award”, “Caspian Energy Award”, “Kraliça Viktoriya Xatirə Medalı“, Caspian Business Award - 2016”, “Caspian Energy Award - 2017” və digərləri var.
Adını brend olaraq tanıdan, xalqın inamını qazanan “Azpetrol” şirkətinin əsas məqsədi Azərbaycan iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir.
Bu günlərdə Şirkət növbəti dəfə böyük uğura imza atıb. Belə ki, Azpetrol şirkəti MDB ölkələri üçün dərc olunan “Современная АЗС” (Moskva) jurnalında keçirilən “АЗС месяца” (avqust ayı) müsabiqəsində artıq üçüncü dəfə qalib olub.
"Azpetrol" şirkəti gələcəkdə də uğurlar naminə daim xalqın xidmətindədir.