"Goldman Sachs" bankı neftin qiyməti ilə bağlı proqnozunu yaxşılaşdırıb.
"APA-Economics" xəbər verir ki, bankın analitiklərinin proqnozuna əsasən, 2017-ci ilin II rübündə Brent markalı neftin 1 barrelinin orta qiyməti 59 dollar, WTI markalı neftin orta qiyməti isə 57,5 dollar olacaq. Bundan öncə bankirlər Brent və WTI markaları üzrə orta qiymətin 56,5 və 55 dollar səviyyəsində olacağını proqnozlaşdırıb.
"Goldman Sachs" qeyd edir ki, proqnozun yaxşılaşmasına OPEC çərçivəsində neftin hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşma səbəb olub.