Bank Of Baku

Kaxa Kaladze: "Hazırda "Cənub" qaz dəhlizi layihəsinə Gürcüstan tərəfdən 800 mln. dollar vəsait qoyulub"

 Kaxa Kaladze: "Hazırda "Cənub" qaz dəhlizi layihəsinə Gürcüstan tərəfdən 800 mln. dollar vəsait qoyulub"
# 17 fevral 2015 10:02 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Mən bu günlərdə Bakıda keçirilən və "Cənub" qaz dəhlizi layihəsinə həsr olunan Məşvərət Şurasının toplantısında iştirak etdim. Sözsüz ki, hər bir ölkə bu layihəyə öz töhfəsini verməlidir. Hazırda "Cənub" qaz dəhlizi layihəsinə Gürcüstan tərəfdən 800 mln. dollar vəsait qoyulub."

 

Bunu Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfi hər imkandan istifadə edəcək ki, bu layihə keyfiyyətlə başa çatsın: "Gürcüstan tərəfdə bir balaca problem var idi. Biz torpaq məsələsi ilə bağlı bir balaca problemlə üzləşsək də bunu həll etdik. BP kiçik torpaq sahəsini almaq istəyirdi. Amma artıq bu məsələ həllini tapıb."

 

Gürcü nazir layihənin əhəmiyyətindən də danışıb: " Azərbaycan,Türkiyə və Gürcüstanın iştirakı ilə həyata keçirilən "Şahdəniz-2" layihəsi yalnız bu ölkələr üçün deyil, eləcə də digər Avropa ölkələri üçün maraqlı və əhəmiyyətlidir. Bundan başqa, AQRİ layihəsi, eyni zamanda TAP, TANAP layihələri çox maraqlı layihələrdir. Biz qarşıya qoyulan  hər bir tapşırığı yerinə yetirəcəyik və bu layihələr problemsiz olaraq reallaşacaq. Biz tərəfdən öhdəmizə düşən hər şeyi edəcəyik ki, bu layihələr uğurla həyata keçsin", -deyə Kaxa Kaladze vurğulayıb.

 

K.Kaladze Gürcüstandan keçən tranzit layihələrin təhlükəsizliyinə də münasibət bildirib: "Gürcüstan, Türkiyə və Azərbaycan bu istiqamətdə birgə əməkdaşlıq çərçivəsində işləyir. Bu istiqamətdə Gürcüstanın rolu çox vacibdir və Gürcüstansız bu vəzifənin öhdəsindən gəlmək çox ağırdır. Buna görə də regionda ən əsas olan sülh və sabitliyin olması çox vacibdir. Bu, ən başlıca şərtdir."

 

O, Gürcüstanın qazlaşdırılmasına da münasibət bildirib: "Bütün Gürcüstan üzrə qazlaşdırma çox yaxşı gedir. Biz 2017-ci ilə kimi bütün Gürcüstanda qazlaşdırmanı sona çatdıracağıq. Gürcüstanın 75-80% əhalisi qazla təmin olunacaq”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR