Bank Of Baku

"Lukoil" şirkətinin mənfəəti kəskin azalıb

"Lukoil" şirkətinin mənfəəti kəskin azalıb
# 04 aprel 2016 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Lukoil" şirkətinin 2015-ci ildə xalis mənfəəti 292,75 mlrd. rubl təşkil edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqladığı hesabatda deyilir.

 

Məlumata görə, ötən il ərzində şirkətin mənfəəti 26% azalıb. Qeyd edək ki, 2014-cü ildə şirkətin mənfəəti 394,08 mlrd. rubl olub.

 

Əlavə edək ki, ötən il şirkətin hasilatı 3,6% artaraq 100,7 mln. tona çatıb. Hesabatda qeyd edilir ki, hasilatın artımı əsasən İraqdakı "Qərbi Kurna" yatağı ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR