Bank Of Baku

Maroş Şevçoviç: "Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir"

 Maroş Şevçoviç: "Türkmənistanın Cənub Qaz  Dəhlizinə qoşulması müzakirə edilir"
# 15 fevral 2018 14:38 (UTC +04:00)

"Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib".

 

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz  Dəhlizinə qoşulması müzakirə edilir: “Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur”.

 

M. Şevçoviç bildirib ki, bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi  Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR