Bank Of Baku

Milli Məclis “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə Hasilatın Pay Bölgüsü sazişini ratifikasiya edib

 Milli Məclis “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə Hasilatın Pay Bölgüsü sazişini ratifikasiya edib
# 29 iyun 2018 11:26 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi–Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında”  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Statoil Azərbaycan Əşrəfi – Dan Ulduzu – Aypara” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbulu və təsdiq edilməsinə, həyata keçirilməsinə razılıq verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

"APA-Economics" xəbər verir ki, Milli Məclis qanun layihəsini qəbul edib.

 

Qeyd edək ki, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş bu il mayın 30-da SOCAR-la Norveçin "Equinor" (keçmiş “Statoil”) şirkəti arasında imzalanıb.  Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor" qrupunun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.

 

HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

 

“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR