Bank Of Baku

"Nizami" metro stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır

"Nizami" metro stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır
# 14 oktyabr 2015 13:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Sabahdan "Nizami" metro stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır.

 

"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayevin "APA-Economics"ə verdiyi məlumata görə, 2015-ci ilin təmir planına uyğun olaraq, "Nizami" stansiyasının 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılır.

 

Qeyd edək ki, Bakı metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.

 

1 saylı eskalator 2016-cı il fevral ayının 10-da yenidən istismara veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR