Bakı - APA-Economics. "326 milyon ABŞ dollarına başa gələn "Norm" sement zavodunun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir". "APA-Economics" xəbər verir ki, bu barədə "Norm" MMC-nin baş kommersiya direktoru Fuad Musayev bildirib.
F. Musayevin sözlərinə görə, zavod istismara verildiyi qısa müddət ərzində Azərbaycanın sement bazarında aparıcı mövqe qazanıb və hazırda 30% payla bazarın lideridir.
"Şirkətimizin, habelə digər yerli sement istehsalçılarının fəaliyyəti nəticəsində 2015-ci ildə ölkəmizə sement idxalı əvvəlki illə müqayisədə 80% azalıb", - deyə müəssisə rəsmisi bildirib.
O əlavə edib ki, hazırda müəssisədə 5 çeşiddə sement istehsal olunur.
Zavodda 330 nəfər, köməkçi sahələrdə isə daha 150 nəfər işlə təmin olunub.