SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş."nin ("Petkim") İdarə Heyətinin üzvlərindən biri işdən çıxıb.
“APA-Economics”in məlumatına görə, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında məlumat yayıb.
"Şirkətin İdarə Heyətinin üzvü Ərtoğrul Altın istefa edib", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırda şirkətin İdarə Heyətində Vaqif Əliyev, Davud Məmmədov, Mehmet Bostan, Fərrux Qasımov, İlhami Özşahin, Süleyman Qasımov, Tevfik Bilgin, Mehmet Ceylan təmsil olunur.