İzmir. Aqşin Rafiqoğlu - APA-Economics. Hazırda "Petkim Petrokimya Holdinq A. Ş."-nin bazar dəyəri 2,3 mlrd. dollar təşkil edir.
"APA-Economics" xəbər verir ki, bunu "Petkim Petrokimya Holdinq A. Ş."-nin baş icraçı direktoru Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, "Petkim" SOCAR üçün ən uğurlu layihə olmaq potensialına malikdir: "Əminəm ki, 2020-ci ildə biz buna nail olacağıq. Bunu zaman göstərəcək. Ancaq mən artıq indidən "Petkim"in çox parlaq gələcəyini görürəm".