Bank Of Baku

"Petkim"in borclanması 11% artıb

"Petkim"in borclanması 11% artıb
# 10 noyabr 2017 08:04 (UTC +04:00)

Bu ilin III rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksinin cəmi borcları 1 mlrd. 880 mln. 261 min lirə təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,27% çoxdur.

 

APA-Economics” şirkətin bu ilin yanvar iyun ayları üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövrünə “Petkim”in qısamüddətli kredit borcu 1 mlrd. 416 mln. 808 min lirə, uzunmüddətli kredit borcu isə 463 mln. 452 min lirə təşkil edib.

 

Bu ilin oktyabrın 1-nə şirkətin Türkiyə lirəsində qısamüddətli kredit borcları illik 12,20 və 13,25% arasında olan sabit faizli, ABŞ dollarında qısamüddətli kredit borcları illik libor+ 0,75 faizli kreditlərdən, ABŞ dollarında uzunmüddətli kredit borcları illik libor+ 1,70% və 4,68% arasında olan sabit və dəyişkən faizli kreditlərdən, avroda uzunmüddətli maliyyə borcları illik Euribor +0,09% və 3% arasında olan sabit və dəyişkən faizli kreditlərdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR