Bank Of Baku

"Petkim"in külək elektrik stansiyası iyundan etibarən tam gücü ilə çalışacaq

"Petkim"in külək elektrik stansiyası iyundan etibarən tam gücü ilə çalışacaq
# 26 aprel 2017 12:58 (UTC +04:00)

Türkiyənin İzmir vilayətinin Əliağa qəsəbəsində yerləşən və "Petkim Petrokimya Holding AŞ"-yə məxsus külək elektrik stansiyasının tikintisi bu ilin iyun ayında yekunlaşacaq. "APA-Economics" xəbər verir ki, bunu holdinqin baş direktorunun layihələndirmə və investisiyalar üzrə müavini Bilal Quliyev bildirib.


Onun sözlərinə görə, hazırda elektrik stansiyasının 14 ədəd turbinin tikintisi yekunlaşıb: "Stansiyada cəmi 17 ədəd turbin olacaq ki, onların da hər biri 3 meqavatt gücündə elektrik enerjisi istehsal etmək qabiliyyətində olacaq".
 

B.Quliyev əlavə edib ki, hazırda "Petkim" 42 meqavatt gücündə elektrik enerjisi sata bilir. "İyun ayında 3 turbinin tikintisinin başa çatdıqdan sonra tam, yəni 51 meqavatt gücdə satışa başlanılacaq".

 

Holdinq rəsmisinin sözlərinə görə, ötən ay artıq elektrik enerjisinin satışını həyata keçirmək müvafiq lisenziyalar alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR