Bank Of Baku

"Petkim"in rəhbərliyinə daha bir təyinat olub

"Petkim"in rəhbərliyinə daha bir təyinat olub
# 05 avqust 2016 07:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş."-də kadr və struktur dəyişikliyi olub.

 

"APA-Economics" xəbər verir ki, holdinqdə baş direktorun layihə və investisiyalar üzrə müavini vəzifəsi yaradılıb. Bu vəzifəyə Bilal Quliyev təyin olunub.

 

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

 

"APA-Economics"in əldə etdiyi məlumata görə, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

 

"SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev isə bildirib ki, "Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub. V. Əliyev əlavə edib ki, "SOCAR Türkiye" isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR