Bank Of Baku

"Petkim"in səhmləri satışa çıxarılır

"Petkim"in səhmləri satışa çıxarılır
# 10 oktyabr 2016 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Turkiye Enerji A.Ş." şirkəti oktyabr ayı ərzində "Petkim Petrokimya Holding A.Ş."-nin səhmlərinin satışını həyata keçirməyi planlaşdırır.

 

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin birjaya verdiyi məlumatda deyilir.
 

Satılacaq səhm paketinin həcmi açıqlanmasa da bildirilir ki, əməliyyatla bağlı hazırlıq işləri gedir.

Xatırladaq ki, hazırda "SOCAR Turkiye Enerji" şirkətinin "Petkim"də 5,32%-lik paya malikdir.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” SOCAR-ın Türkiyədəki törəmə şirkətidir. “Petkim” isə Türkiyə hökumətinin tərəfindən 3 aprel 1965-ci ildə yaradılıb və Türkiyə yeganə neft-kimya istehsalçısıdır. 2008-ci ildə SOCAR “Petkim” obyektlərinin sahibi olan “Petkim Petrokimya Holding A.Ş.”-də səhm nəzarət paketini (51%) əldə edir. “Petkim” 1.9 mln. ton ümumi əsas istehsal gücü ilə əsas və yarımfabrikat neft-kimya xammalı istehsal edir. “Petkim” kompleksi aşağı sıxlıqlı polietilen zavodu, polipropilen zavodu, ətirli karbohidrogenlərin istehsalı üzrə zavod, etilen zavodu, vinil xlorid monomer və polivinil xlorid zavodu, xüsusi tullantı suları zavodu, enerji istehsalı sexi, xüsusi port və 150 milyon kub metr saxlama həcminə malik Güzzel Hisar anbarı daxil olmaqla, 14 böyük neft-kimya zavoduna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR