Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Rosneft" şirkəti qlobal neft bazarındakı payını 4,9%-dən 5,4%-dək artırıb. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru İqor Seçin "Corriere Della Sera" qəzetinə müsahibəsində bildirib.
"10 il ərzində (2005-2015-ci illərdə - red.) bizim bazar payımız 1,9%-dən 4,9%-dək artıb. Lakin "Başneft" şirkətinə sahib çıxdığımızdan sonra bu rəqəm 5,4%-ə yüksəlib", - deyə İ. Seçin bildirib.
Xatırladaq ki, oktyabr ayının 12-də "Rosneft" "Başneft"in səhmlərinin 50,08%-nin alınmasına dair əqdi bağlayıb. Əqdin dəyəri 329,69 mlrd. rubldur.