Bank Of Baku

Rusiyanın energetika naziri: ““Türk axını”nın tikintisi təxirə salına bilər”

 Rusiyanın energetika naziri: ““Türk axını”nın tikintisi təxirə salına bilər”
# 30 iyul 2015 13:30 (UTC +04:00)

Moksva. Fərid Əkbərov – APA. “Türk axını” təbii qaz boru kəmərinin birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanması gecikdiyi təqdirdə bu layihənin həyata keçirilməsi təxirə salına bilər.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

 

Jurnalistlərin “Türk axını”nın gecikmə riski ilə bağlı sualını cavablandıran rusiyalı nazir belə bir riskin olduğunu qeyd edib: “Əgər “Türk axını”  birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanmasında gecikmə olarsa, o zaman layihənin gerçəkləşdirilməsi müddətində də gecikmə riski olacaq. Orada tikinti başlamayacaqsa, təbii ki, təxirə salınacaq”.

 

Qeyd edək ki, Rusiya “Türk axını” nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR