Bank Of Baku

"Sarmatiya"nın səhmdarları nizamnamə kapitalının artırılmasını müzakirə edir

"Sarmatiya"nın səhmdarları nizamnamə kapitalının artırılmasını müzakirə edir
# 03 fevral 2015 08:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Odessa-Brodı neft kəmərindən Polşanın Plotsk məntəqəsinə qədər olan hissəsinin tamamlanması və layihələşdirilməsi üçün yaradılan "Sarmatiya" müəssisəsi nizamnamə kapitalının artırılması məsələsini həll edəcək.

 

APA-Economics”in Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin baş direktoru Sergey Skripka məlumat verib.

 

Baş direktor bildirib ki, ilkin məlumata əsasən, müəssisənin səhmdarları hazırda 5 mln. avro dəyərindəki nizamnamə kapitalının artırılması ilə bağlı məsələsini razılaşdırıb.

Belə ki, şirkətin nizamnamə kapitalı təxminən 20% artırılacaq.

 

"Sarmatiya"nın nizamnamə kapitalının artırılması, davamlı olaraq Avropa İttifaqı tərəfindən tam maliyyələşdirilə bilməyən Brodı-Plotsk kəmərinin tikintisinin texniki-iqtisadi əsaslandırılmasına düzəliş etməyə imkan verəcək.

 

Qeyd edək ki, "Sarmatiya" Ukraynanın "UkrTransNaft" şirkəti və Polşanın "PERN Przyjazn" şirkəti tərəfindən 2004-cü ilin 12 iyulunda yaradılıb. Hazırda şirkətin səhmdarları arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Georgian Oil and Gas Corporation Ltd. (GOGC), "UkrTransNaft" və "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkəti yer alır.

 

Şirkətin səhmlərinin 1%-i Litvalı səhmdarın, 24,75%-i isə digər iştirakçıların payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR