Bank Of Baku

"SOCAR-Polymer" neft-kimya layihəsini Moskvada təqdim edəcək

"SOCAR-Polymer" neft-kimya layihəsini Moskvada təqdim edəcək
# 06 fevral 2015 07:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mart ayında baş tutacaq "Rusiya və MDB Neft-Kimyası" konfransında Sumqayıt Kimya Sənaye Parkında polipropilen və polietilen istehsalı üzrə zavodların layihəsini təqdim edəcək.

 

"APA-Economics"in məlumatına görə, layihəni "SOCAR-Polymer"in baş direktoru Farid Cəfərov təqdim edəcək.

 

Qeyd edək ki, SOCAR ilə "Qazprombank" arasında razılaşma 2014-cü ilin dekabr ayında imzalanıb. Layihənin maliyyələşdirilməsi şərtlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında polipropilen və polietilen istehsalı üzrə zavodların tikintisi nəzərdə tutulur. Zavodlar SOCAR-ın texnoloji-istehsal zənciri qrupuna əlavə edilib. İstehsalın ümumi istehsalı illik 200 min ton polipropilen və 120 min ton polietilen təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR