Bank Of Baku

"SOCAR-Türkiyə": "Petkim"in səhmləri qazanc məqsədilə satılıb

"SOCAR-Türkiyə": "Petkim"in səhmləri qazanc məqsədilə satılıb
# 05 fevral 2015 14:43 (UTC +04:00)

K. Yavuz "APA-Economics"ə açıqlamasında bildirib ki, bu addım qazanc məqsədi ilə atılıb.

 

"2010-2011-ci illərdə Türkiyə birjasında ucuzlaşma baş verdiyi zaman biz dövriyyədə 2 liradan bir qisim səhm almışdıq. Ardından həmin hissələr 4 liradan birjada satdıq. Bir sözlə biz ucuz qiymətə aldığımız səhmləri qazanc məqsədilə daha baha qiymətə satdıq. Təbii ki, SOCAR "Petkim"də majoritar səhmdar kimi qalıb".

 

Xatırladaq ki, bir gün öncə SOCAR "Petkim" neft-kimya layihəsindəki 3,4%-lik səhm paketini "BCM Global Fund" şirkətinə satıb.

 

Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR