Bank Of Baku

"Təmiz Şəhər" ASC-nin əməkdaşı dövlət qulluqçularının ixtisasartırma kursunda mühazirə oxuyub

"Təmiz Şəhər" ASC-nin əməkdaşı dövlət qulluqçularının ixtisasartırma kursunda mühazirə oxuyub
# 03 mart 2016 10:42 (UTC +04:00)

Bakı - APA-Economics. "Təmiz Şəhər" ASC-nin təmsilçisi Dövlət İdarəçilik Akademiyasında “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrə keçirilən dövlət qulluqçularının ixtisasartırma kursunda  mühazirə ilə çıxış edib.

 

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, 29 fevral - 4 mart tarixlərində keçirilən qısamüddətli kurs Prezident İlham Əliyevin 11.12.2014-cü il tarixli fərmanına əsasən təşkil olunub.

 

ASC-nin sektor müdiri Faiq Məmmədov martın 3-də “Məişət tullantılarının davamlı inkişaf naminə optimal idarə edilməsi” mövzusunda kurs çərçivəsində təqdimat edib. Çıxış zamanı o, Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi sistemi, onun iş prinsipi barədə geniş məlumat verib. "Təmiz Şəhər" ASC-nin idarə etdiyi zavodların, eyni zamanda yaşıl iqtisadiyyata dəstək verən və Qafqazda ilk və yeganə eko-sənaye parkı olan Balaxanı Sənaye Parkının fəaliyyəti barədə danışıb.

Tədbir diskussiya şəklində keçirilib, fikir mübadiləsi aparılıb və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR