Bank Of Baku

"Təmiz Şəhər" ASC-nin əməkdaşları AzMİU-da mühazirə deyib

"Təmiz Şəhər" ASC-nin əməkdaşları AzMİU-da mühazirə deyib
# 07 aprel 2016 15:20 (UTC +04:00)

Bakı - APA-Economics. "Təmiz Şəhər" ASC-in mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirə deyib. Bu barədə "APA-Economics"ə ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

ASC-nin şöbə müdiri Sabit Zeyniyev Azərbaycanda aparılan tullantıların idarə edilməsi siyasətindən və "Təmiz Şəhər"in bu sahədə gördüyü işlər barədə də geniş danışıb.

Bu cür xüsusi mühazirələr AzMİU ilə səhmdar cəmiyyət arasında ötən il bağlanmış memorandum əsasında həyata keçirilir. Belə ki, tullantıların idarə edilməsi mövzularının daha praktik və əlverişli şəraitdə keçirilməsi üçün ASC universitetdə “Təmiz Şəhər” Mərkəzi yaradıb və mütəmadi olaraq burada seminarlar təşkil edir.

Tədrisin effektivliyinin artırılması məqsədi ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına tələbələrin üçün turlar təşkil olunacaq. Bununla tələbələr görülən işlərlə yerində tanış olacaqlar. Həmçinin, uyğun ixtisas tələbələrinin zavodlarda təcrübə proqramı keçmələri nəzərdə tutulub.

 

“Təmiz Şəhər” ölkədə tullantıların idarə olunması sahəsində maarifləndirilmənin artırılması üçün təhsil ocaqları ilə müxtəlif fərqli layihələr həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR