Bank Of Baku

"Təmiz Şəhər" Balaxanıda növbəti sosial layihə həyata keçirir

"Təmiz Şəhər" Balaxanıda növbəti sosial layihə həyata keçirir
# 20 dekabr 2017 12:54 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi ilə Fransanın “CNIM S.A.” şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min m² təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparılır və asfalt örtüyü yenilənir.

 

"Təmiz Şəhər" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Elmar Məlikov "APA-Economics"ə bildirib ki, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub.


Qeyd edək ki, 2013-2015-ci illərdə isə bu sosial layihə çərçivəsində Balaxanı qəsəbəsində ümumi uzunluğu 87 km-dən artıq olan su xətti çəkilib, 5040 ədəd su sayğacı quraşdırılıb və 20 min nəfərdən çox Balaxanı sakini içməli su ilə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR