“Təmiz Şəhər” ASC-nin 2016-cı ildə fəaliyyəti Bakı şəhərinin ekologiyasının mühafizəsi və sanitar təmizliyi məqsədi ilə qeyri-qanuni tullantı sahələrinin, avtomaşınların bura tullantı atmalarının araşdırılması və günahkar şəxslər barəsində müvafiq ölçü götürülməsi üçün cəmiyyətin təşəbbüsü ilə yaradılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin də qatıldığı birgə işçi qrupu Bakı şəhəri ərazisində qeyri-qanuni tullantı sahələrinə reydləri davam etdirmiş, reydlər zamanı qeyri-qanuni tullantı sahələrinin fəaliyyəti araşdırılıb və onların ləğv edilməsi barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılıb.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə keçirilən reydlər nəticəsində Bakı şəhəri ərazisində 51 ədəd sahəsi 200 kvadratmetrdən böyük olan qeyri-qanuni tullantı sahələri aşkarlanıb, onlardan 13-ü təmizlənib və 9500 tondan artıq tullantı zərərsizləşdirilməsi üçün cəmiyyətin müvafiq təsərrüfat sahələrinə daşınıb.
Ümumilikdə isə 2010-cu ilin yanvar ayından başlayan reydlər nəticəsində həmin vaxtdan 2016-cı ilin sonuna qədər aşkarlanmış 282 böyük qeyri-qanuni tullantı sahələrindən 115-i təmizlənib və həmin sahələrdən 795 min tondan artıq tullantı zərərsizləşdirilməsi üçün cəmiyyətin müvafiq təsərrüfat sahələrinə daşınıb. Cəmiyyətin infrastrukturunun genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar olaraq 2016-cı il üçün ASC-nin büdcəsi 20 mln. 923 min 728 manat təşkil edib. Bundan əlavə dövlət investisiya proqramı çərçivəsində ASC-nin fəaliyyəti üçün 2016-cı ildə 10 mln. manat nəzərdə tutulub.