Bakı. Aynur Əliyeva – APA-Economics. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları İdarəsinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının iş prosesi ilə tanış olublar. “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov qonaqlara zavodların fəaliyyəti və onların ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu barədə məlumat verib.
“Təmiz Şəhər”-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları İdarəsinin müdiri xanım Culia Neşeyvat zavodların işini yüksək qiymətləndirib.