Bank Of Baku

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Abşeron rayonunun  təbii qaz təchizatında məhdudiyyət olacaq
# 25 iyul 2018 16:57 (UTC +04:00)

İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-da tənzimləyicinin təmiri, At yalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti  üzərində quraşdırılmış diametri 150 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 26 iyul 2018-ci il tarixdə  saat 10:00-dan  təmir işləri tamamlananadək  Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

 

Bu barədə "APA-Economics"ə “Azəriqaz” İB-dən məlumat verilib.

 

Görülən zəruri təmir  işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək: "Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR