Bank Of Baku

Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Abşeron və  Suraxanı  rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 13 iyul 2016 07:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Abşeron və  Suraxanı  rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, yeni çəkilmiş qaz xəttinin  mövcud xəttə qoşulması və qaz xətti üzərində  RDUK200 markalı tənzimləyicinin quraşdırılaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 13-ü saat  09:00-dan  işlər yekunlaşanadək  Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələri ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsi ərazisinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

       

Aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının  qaz təchizatına təsir göstərməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR