Bank Of Baku

Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş əraziləri açıqlanıb

Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş əraziləri açıqlanıb
# 06 mart 2014 08:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələrinin olduğu ərazilər açıqlanıb.

 

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva bildirib ki, Abşeron yarımadasında radioaktiv çirklənmənin səviyyəsi neftçıxarma rayonlarının yerləşdiyi kəndlərdən asılı olaraq müxtəlif cür paylanıb.

 

O, Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələrinin Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının əraziləri olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, Suraxanı rayonundakı Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunub və onların zərərsizləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər həyata keçirilir. Zavodun ərazisindəki radioaktiv tullantılar ətraf mühitdən təcrid olunsa da, bu tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən, mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR