Bank Of Baku

AÇG-nin əsaslı xərcləri 8% azalıb

AÇG-nin əsaslı xərcləri 8% azalıb
# 01 avqust 2018 14:36 (UTC +04:00)

Bu ilin 1-ci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə xərclənən əməliyyat və əsaslı məsrəflərin məbləği açıqlanıb.

 

APA-Economics”in yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin yarım illik üçün açıqladığı hesabata əsasən, bu ilin 6 ayında AÇG-nin üzrə fəaliyyətlərə təqribən 236 mln. dollar əməliyyat məsrəfləri və 552 mln. dollar əsaslı məsrəflər xərclənib.

 

Məlumata görə, AÇG-nin əməliyyat məsrəfləri 2017-ci ilin 6 ayı ilə müqayisədə 6 mln. dollar və ya 2,61% artıb. Əsaslı məsrəflər isə ötən ilin 6 ayı isə müqayisədə 49 mln. dollar və ya 8,15% azalıb.

 

Qeyd edək ki, 2017-ci ilin birinci yarısında AÇG layihəsinə təqribən 230 mln. dollar əməliyyat məsrəfləri və 601 mln. dollar əsaslı məsrəflər xərclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR