Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) "Şahdəniz" layihəsi üçün təqdim etdiyi 1 mlrd. dollar həcmində kredit tezliklə təsdiq oluna bilər. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında ADB-nin vitse-prezidenti Vençay Zanq deyib.
Onun sözlərinə görə, hal-hazırda bankın Direktorlar Şurası tərəfindən layihəyə baxılır: "Layihəyə bu qiymət təklif edilərkən biz ətraflı araşdırma aparmışıq. Ümid edirik ki, Şura krediti təsdiqləyəcək. Şura tərəfindən ratifikasiyanın noyabrın sonu - dekabrın əvvəlində gerçəkləşdirilməsi gözlənilir. Biz bunu səbirsizliklə gözləyirik".