Bank Of Baku

ADNSU tələbələri Daşkəsəndəki filiz emalı sahəsində təcrübə proqramı keçir

ADNSU tələbələri Daşkəsəndəki filiz emalı sahəsində təcrübə proqramı keçir
# 21 iyul 2017 08:55 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 10 nəfər tələbəsi “AzerGold” QSC-nin Daşkəsəndə yerləşən filiz emalı sahəsində təcrübəyə başlayıb.

 

Dövlət şirkətinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tələbələr 3 həftə ərzində Çovdarda iş prosesinə aktiv formada cəlb olunacaqlar.

 

Geologiya ixtisası üzrə 4, Dağ-mədən mühəndisliyi 4, Qeyri-üzvi maddələrin texnologiyası ixtisası üzrə 2  nəfər olmaqla təcrübədə iştirak edən gənclər həm ümumi proseslərdə, həmçinin təhsil aldıqları bölmələrə uyğun işlərdə daha dərindən iştirak edirlər. Tələbələr filiz emalı prosesinin axtarış, planlama, qiymətləndirmə, kəşfiyyat, istismar, partlatma, qırma, topa aşındırma, laborator analizlər, adsorbsiya-desorbsiya, qızıl və gümüş tərkibli xəlitələrin tökülməsi proseslərini əyani surətdə öyrənirlər.


"AzerGold" QSC-nin müxtəlif şöbələrinin rəhbər şəxsləri tələbələrlə görüşür, onlara mühazirələr deyir. Həmçinin Cəmiyyətin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov da Çovdarda təcrübəçilərlə görüşüb şirkətin fəaliyyəti ilə bağlı geniş məlumat verib, gəncləri mədən sənayesinin perspektivləri ilə bağlı məlumatlandırıb.

 

Tələbələr üçün Çovdar filiz emalı sahəsində qalmaq, qidalanmaq, işləmək və tibbi müayinə üçün hər şərait yaradılıb. Təcrübəçilərə işin hər bir detalı incəliklərinə qədər öyrədilir və gələcəyin peşəkarları yetişdirilir. Təcrübə proqramı mütəmadi davam etməsi və hər ay bir neçə tələbənin təcrübəyə dəvət olunması planlaşdırılıb. Gənclər məzun olduqdan sonra onların bir neçəsi "AzerGold" QSC-yə işə qəbul oluna bilər.

 

Bu təcrübə proqramı təhsil müəssisəsi ilə cəmiyyət arasında 2017-ci ilin iyul ayında imzalanan əməkdaşlıq memorandumu əsasında həyata keçirilir. İmzalanan razılaşma ilə tərəflər nəzəri və təcrübi əməkdaşlığa başlayıb. ADNSU-nun müəllim və tələbə kollektivi "AzerGold" QSC-nin istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq. 

 

Cəmiyyət isə universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssisəsinin personalı “AzerGold”un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi "AzerGold"da işlə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR