Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Kollegiya üzvlərini təsdiq edib.
APA-nın məlumatına görə, Kollegiya üzvləri 7 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri Dövlət Agentliyinin sədri Akim Bədəlov, Kollegiyanın üzvləri Dövlət Agentliyi sədrinin müavinləri Cəmil Məlikov və Nurəli Yusifbəyli Nurəli Adil oğlu, Dövlət Agentliyi Aparatının rəhbəri İmran Əhmədov, Dövlət Agentliyinin hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Süleymanov, Dövlət Agentliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Ülviyyə Xasıyeva, Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-nin sədri Rizvan Vəliyev təsdiqlənib.