Bank Of Baku

AMEA-nın müxbir üzvü: “Azərbaycan 2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcıları ölkələrindən biri olaraq qalacaq”

AMEA-nın müxbir üzvü: “Azərbaycan 2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcıları ölkələrindən biri olaraq qalacaq”
# 11 noyabr 2013 08:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərbaycan 2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcıları ölkələrindən biri olaraq qalacaq. 2030-cu ilə qədər isə dünyada neftin qiyməti 2 dəfə qalxacaq”.

 

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Xəzər neft və qaz həftəsi – 2013” konfransında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmira Ramazanova bildirib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycanın əsas problemi neft və qazla çirklənən ərazilərin təmizlənməsidir: “Bu gün İnstitutumuz bununla bağlı bir çox araşdırmalar aparıb, bununla bağlı müxtəlif patentlər əldə edib. Neft sənayesində nano-texnologiyalardan istifadə edilməlidir. Azərbaycanın iqlimi nano-texnologiyaların istifadəsi üçün olduqca əlverişlidir”.

 

E. Ramazanova deyib ki, bununla bağlı bir sıra ixtiralar əldə ediblər: “ABŞ patent institutu bu nano-hissəciklərin və nano-menbranların əldə olunmasına dair patent verib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR