Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyası ölkədə neft yataqlarının verimliliyinin artırılması üçün tədqiqat hazırlayıb.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"Bunun üzərində iş gedir. Buna əsasən, SOCAR tərəfindən layihə hazırlanacaq. Neft vermə əmsalı çox ciddi məsələdir. Bu gün bu rəqəmi biz 5-10% artıra bilsək, bu bizim üçün çox böyük göstəricidir", - deyə X. Yusifzadə bildirib.
X. Yusifzadə əlavə edib ki, cari ilin proqnozlarına əsasən, Azərbaycanda 40 mln. ton neftin hasil ediləcəyi gözlənilir, qaz hasilatı isə ötən ilki səviyyədə qalacaq.