Bank Of Baku

AMEA prezidenti Akif Əlizadə Bakı Ali Neft Məktəbində olub - FOTO

AMEA prezidenti Akif Əlizadə Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 25 noyabr 2013 08:05 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, akademik Akif Əlizadə Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri ilə görüş­üb.

 

BANM-dən “APA-Economics”ə verilən məlumata görə, idarəetmə qurum­larının işçilərinin və AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşlarının iştirakı ilə akt zalında keçirilən görüşdə qonağı salamlayan rektor Elmar Qasımov mötəbər qonağın yeni yaranmış ali təhsil müəssisəsinə gəlməsindən kollektivin qürur hissi keçirdiyini bildirib, Azərbaycan prezidenti İlham Əliyevin elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, BANM-in yaranmasının bunun əyani təzahürü olduğunu vurğulayıb.

 

E.Qasımov BANM-in yaranma tarixi, 2 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar, tələbələrin 26-nın Prezident təqaüdünə layiq görüldüyü, 2012-ci ildə qəbulda orta balın 631, 2013-cü ildə 656 olduğu, tələbələrə 1-ci tədris ilində intensiv şəkildə ingilis dilinin və informasiya-kommunikasiya texnologiyalarının tədris olunduğu, mütəxəssis hazırlığının isə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə tədris proqramları əsasında həyata keçirildiyi, cari ildə yeni “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına tələbə qəbul edildiyi haqqında geniş məlumat verib. O, tədris prosesinin gedişinə, aralıq və semestr imtahanlarının təşkilinə və biliklərin qiymətləndirilməsinə nəzarətin tamamilə partnyor universitet tərəfindən həyata keçirilməsi hesabına şəffaflığın və obyektivliyin tam təmin olunduğunu xüsusilə vurğulayıb və bu məqsədlə strukturda xüsusi Keyfiyyətin təminatı şöbəsinin fəaliyyət göstərdiyini qeyd edib. E.Qasımov ali məktəbdə tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirilməsinin prioritetdə olduğunu vurğulayıb, bu məqsədlə ARDNŞ-ın müəssisələri və Bakıda fəaliyyət göstərən transmilli şirkətlər (BP, Total, Statoyl, Halliberton) ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. O, tədris prosesinin elmi fəaliyyətlə sıx vəhdətdə olmasının vacibliyini qeyd edərək elmi qurumlarla əlaqələrin genişləndirilməsinə səy göstərildiyini vurğulayıb, artıq NKPİ-nin əməkdaşlarının BANM-də tədrisə, tələbələrin isə NKPİ-də işə qəbul olunduğunu bildirmiş, AMEA-nın NKPİ və İnformasiya Texnologiyaları İnstitutu ilə bağ­la­nacaq razılaşmaların bu əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacağını söyləyib.

 

AMEA prezidenti, YAP sədrinin müavini, akademik Akif Əlizadə 2-ci il fəaliyyət göstərməsinə baxmayaraq, ölkə ictimaiyyəti arasında nüfuz qazanmış və ali təhsil müəssisələrinin reytinq cədvəlində mütləq lider olan müasir tipli ali məktəbin kollektivi ilə görüşdən məmnun olduğunu söyləyib, kollektivi əldə olunmuş ilk nəticələrlə təbrik edib, Azərbaycan prezidenti İlham Əliyevin elm və təhsilin problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi  proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illər bu sahələrdə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisələrinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda dəyərli addımlar atıldığını vurğulayıb, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırıb.

 

Akademik Akif Əlizadə BANM ilə AMEA-nın iki institutu və ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında bağlanacaq razılaşmaların həm təhsilin məzmununa, həm də elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib, gələcəkdə AMEA-nın digər qurumları ilə də əməkdaşlıq əlaqələrinin qurulmasının vacib olduğunu və Rəyasət Heyəti tərəfindən belə təşəbbüslərə hərtərəfli dəstək veriləcəyini qeyd edib.

 

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ABNM-nin tələbələri ilə növbəti görüşə gəldiyindən məmnun olduğunu bildirib, rəhbərlik etdiyi institutun ilk günlərdən BANM ilə əməkdaşlıq etdiyini və bu ilin aprel ayında məktəbin tələbələrinin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndis­liyində tətbiqi” 1-ci elmi-texniki konfransında iştirakının və tələbələrin məruzələrinin onda dərin təəssürat yaratdığını qeyd edib. Professor Rasim Əliquliyev BANM ilə İnformasiya Texnologiyaları İnstitutu arasında bağlanacaq razılaşmanın ən müasir texnologiyaların tədris prosesinə tətbiqinə və elmi-pedaqoji kadrların tədrisə cəlb olunmasına yaxşı imkanlar yaradacağını vurğulayıb və rəhbərlik etdiyi institutun kadr potensialının məktəbin tədris prosesində iştirakına hərtərəfli dəstək veriləcəyini bildirib.

 

AMEA-nın Neft-Limya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov imzalanan razılaşma çərçivəsində BANM-yə tədris laboratoriyalarının yaradılmasında yardım göstərilməsinin, tələbələrin istehsalat təcrübəsinin bir hissəsinin institutun laboratoriyalarında keçməsi, birgə elmi-tədqiqatlar aparılması, elmi forumlarda iştirak, institutda BANM-in baza kafedrasının yaradılması və institutun əməkdaşlarının tədris prosesinə cəlb olunması üçün şərait yaradılmasının nəzərdə tutulduğunu bildirib.

 

Daha sonra Elmar Qasımov, Vaqif Abbasov, Rasim Əliquliyev və ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov rəhbərlik etdikləri qurumlar arasında əməkdaşlıq haqqında razılaşmalar imzalayıblar.

 

Tədbirin sonunda akademik Akif Əlizadəyə BANM-in “Fəxri qonağı” diplomu təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR