Bank Of Baku

Amerikalı həmkarı Natiq Əliyevi enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib

Amerikalı həmkarı Natiq Əliyevi enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib
# 16 may 2017 16:08 (UTC +04:00)

ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, R.Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə Natiq Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb. ABŞ-ın energetika naziri Dövlət Departamentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib.

 

“Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm”, - deyə ABŞ energetika nazirinin məktubunda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR