Bank Of Baku

Apreldə Ceyhan limanından ixrac olunan neftin həcmi azalıb

Apreldə Ceyhan limanından ixrac olunan neftin həcmi azalıb
# 09 may 2014 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayı ərzində 2 633 818 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

 

Azərbaycan Dövlət Neft Şirkətindən )ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən eyni dövrü ilə müqayisədə 1,5% azdır.

 

Bu həcmin 1 840 490 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

 

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən bu il may ayının 1-ə qədər Ceyhan limanından 242 639 231 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR