Bank Of Baku

Apreldə Ceyhan limanından ixrac olunan neftin həcmi açıqlanıb

Apreldə Ceyhan limanından ixrac olunan neftin həcmi açıqlanıb
# 06 may 2016 09:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin aprel ayı ərzində 2 mln. 251 min 475 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 1 mln. 128 min 973 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

 

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

                              

Bundan başqa, bu ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 mln. 88 min 919 ton təşkil edib.

 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il may ayının 1-ə qədər Ceyhan limanından 301 mln. 282 min 269 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR